Kompetensiya qiymətləndirməsi
Davranış kompetensiyaları — rolun tələb etdiyi profilə görə. Dörd güc üzrə 36 kompetensiyadan seçilir və çəkilənir.
- Biznes gücü
- Liderlik gücü
- Münasibətlər gücü
- Şəxsi güc
Davranışdan koqnitiv qabiliyyətə və dilə qədər — bir rol üçün lazım olan testləri seçib namizədə bütöv baxış qurursunuz. Hamısı dörd dildə.

Davranışdan koqnitiv qabiliyyətə və dilə qədər — bir rol üçün lazım olan testləri seçib namizədə bütöv baxış qurursunuz. Hamısı dörd dildə.
17 / 17 alət göstərilir
Davranış kompetensiyaları — rolun tələb etdiyi profilə görə. Dörd güc üzrə 36 kompetensiyadan seçilir və çəkilənir.
Satış rolları üçün hazır paket — profil qurmadan sifariş edilir. 36 kompetensiyadan satış üçün seçilmiş on kompetensiya: eyni bank, sabit seçim.
Yalnız bizneslər üçün
Müştəri ilə birbaşa işləyən rollar üçün hazır paket — çağrı mərkəzi operatoru, dəstək mütəxəssisi, qəbul, satış zalı. Profil qurmadan sifariş edilir. 36 kompetensiyadan yeddisi: eyni bank, sabit seçim.
Yalnız bizneslər üçün
İş təcrübəsi az olan və ya olmayan namizədlər üçün hazır paket — məzun proqramları, giriş səviyyəli vəzifələr və menecer-təcrübəçi qəbulu. 36 kompetensiyadan seçilmiş on kompetensiya keçmiş nailiyyətləri deyil, potensialı ölçür: eyni bank, sabit seçim.
Yalnız bizneslər üçün
İnsanları idarə edən rollar üçün hazır paket — profil qurmadan sifariş edilir. 36 kompetensiyadan idarəetmə üçün seçilmiş on kompetensiya: eyni bank, sabit seçim. Qrup rəhbərindən direktora qədər uyğundur.
Yalnız bizneslər üçün
Mühakimə və problem həlli — vaxtla məhdud, hər kəs üçün eyni şəraitdə. Nəticə standart bal (1–10) və persentillə verilir — iştirakçıların neçə faizindən yüksək olduğunuz.
Səsli cavablar üzərindən dil bacarığı — axıcılıq, qrammatika, lüğət və mövzuya uyğunluq. Səs qeydi əsasında qiymətləndirilir.
Səsli cavablar üzərindən azərbaycan dilində danışıq bacarığı — axıcılıq, qrammatika, lüğət və mövzuya uyğunluq. Səs qeydi əsasında qiymətləndirilir.
Səsli cavablar üzərindən rus dilində danışıq bacarığı — axıcılıq, qrammatika, lüğət və mövzuya uyğunluq. Səs qeydi əsasında qiymətləndirilir.
Səsli cavablar üzərindən türk dilində danışıq bacarığı — axıcılıq, qrammatika, lüğət və mövzuya uyğunluq. Səs qeydi əsasında qiymətləndirilir.
Namizədin nəyin onu hərəkətə gətirdiyini ölçür. İpsativ (məcburi seçim) format — hər bənddə ən uyğun və ən uyğunsuz variant seçilir, ona görə «hamısına razıyam» cavabı mümkün deyil.
Yalnız bizneslər üçün
Öz suallarınızı imtahana əlavə edin — çoxvariantlı və ya açıq. Açıq cavablar COE süni intellekt sistemi ilə qiymətləndirilir, hər sualın öz vaxt limiti olur.
Yalnız bizneslər üçün
Cədvəl, faiz və nisbətlərlə işləmək — rəqəmsal məlumatdan düzgün nəticə çıxarmaq bacarığı. Koqnitiv testin rəqəmsal hissəsi, ayrıca sifariş edilə bilən qısa format.
Yalnız bizneslər üçün
Yazılı mətni anlamaq və ondan məntiqi nəticə çıxarmaq — mətndə deyilən ilə deyilməyəni ayırd etmək. Koqnitiv testin verbal hissəsi, ayrıca format.
Yalnız bizneslər üçün
Fiqur və ardıcıllıqlarda qanunauyğunluğu tapmaq — dildən və biliyə əsaslanan təcrübədən ən az asılı olan ölçü. Koqnitiv testin abstrakt hissəsi.
Yalnız bizneslər üçün
Koqnitiv testin idarəetmə səviyyəsi üçün uzun və çətin variantı. Yalnız rəqəmsal və verbal mühakimə — menecerin gündəlik işi olan hesabat və rəqəm oxumaq. Suallar bankın ən asan çətinlik pillələri çıxarılmaqla seçilir.
Yalnız bizneslər üçün
Çoxlu sadə tapşırıq, az vaxt. Simvol sətirlərini tutuşdurmaq, saymaq və fərqi tapmaq — hər sual üçün təxminən yeddi saniyə. Ölçülən çətinliyi aşmaq deyil, vaxt təzyiqi altında səhv etməməkdir. Suallar simvoldan qurulur, ona görə heç bir dil və ya sahə bilgisi tələb etmir.
Yalnız bizneslər üçün
Hər test rola görə seçilir — universal deyil. Nəticələrin necə hesablandığını metodologiyada oxuyun. Metodologiya.