COE

İstifadə şərtləri

Son yenilənmə: 23.10.2026

Bu şərtlər COE platformasından istifadə qaydalarını müəyyən edir.

Xidmətin predmeti

COE kompetensiya, koqnitiv qabiliyyət və dil qiymətləndirməsi aparan onlayn platformadır. Xidmət iki formada təqdim olunur: biznes hesabları namizədləri qiymətləndirir, fərdi hesablar özünü qiymətləndirib sertifikat alır və ya testi başqa şəxs üçün ala bilər (dəvət həmin şəxsə gedir, o, testə başlamadan imtina edə bilər, nəticə hər ikisinə göndərilir).

Nəticələrin istifadəsi

Nəticələr qərar üçün dəstək materialıdır. Onlar potensialı ölçür, iş performansını yox, və müsahibə ilə birlikdə istifadə edilməlidir. Yalnız bu nəticəyə əsaslanan işə qəbul qərarı tövsiyə olunmur.

Hesab sahibinin öhdəlikləri

  • Namizədləri qiymətləndirmədən əvvəl xəbərdar etmək.
  • Giriş məlumatlarını qorumaq və başqası ilə paylaşmamaq.
  • Öz sual bankına yalnız istifadə hüququ olduğu məzmunu yükləmək.
  • Nəticələri yalnız qiymətləndirmə məqsədi üçün işlətmək.

Kredit və ödəniş

İmtahanlar kredit vahidi ilə ödənilir. Kreditlər paket şəklində və ya aylıq abunə ilə alınır. Qaytarılma qaydaları aşağıda göstərilir. Ödəniş provayderin öz səhifəsində aparılır — kart məlumatı bizim serverimizə toxunmur.

Ödənişin qaytarılması

  • Kredit paketinin heç bir krediti istifadə olunmayıbsa, paketin pulu alındığı gündən 14 gün ərzində tam qaytarılır və onun kreditləri balansdan çıxılır. Qismən istifadə olunmuş paket üçün qismən qaytarma edilmir.
  • Dəvət göndəriləndə bir kredit çıxılır. Namizəd testə başlamamışdırsa və dəvət geri götürülürsə və ya müddəti bitirsə, kredit platforma qaytarmanı təsdiqləyəndən sonra balansa qaytarılır. Testinə başlanmış dəvətin krediti qaytarılmır.
  • Fərdi hesabda 1 kredit = 1 ₼: kreditlər kabinetdə istənilən sayda test üçün alınır və balansda saxlanılır, balansdan başladılan test öz qiyməti qədər kredit çıxır. Özü üçün və ya başqa şəxs üçün başladılan test açılmadan imtina edilərsə və ya müddəti bitərsə, həmin kreditlər platforma təsdiqləyəndən sonra balansa qaytarılır.
  • Fərdi qiymətləndirmə: imtahana başlanmayıbsa, ödənişdən sonra 14 gün ərzində pul tam qaytarılır; başlanmış imtahan üçün qaytarma edilmir.
  • Texniki nasazlıq səbəbilə imtahan tamamlana bilməyibsə, pul və ya kredit tam qaytarılır.
  • Aylıq abunəliyi istənilən vaxt ləğv etmək olar; o, cari ayın sonunda bitir. Başlanmış ay üçün ödəniş qaytarılmır.
  • Qaytarma tələbi e-poçtla göndərilir. Təsdiq edilən məbləğ 10 iş günü ərzində qaytarılır: kartla ödəniş həmin karta, bank köçürməsi ilə ödəniş köçürmə ilə.

Məsuliyyət hüdudları

Platformanın nəticələrinə əsaslanan kadr qərarlarının məsuliyyəti hesab sahibinə aiddir. Xidmətin fasiləsiz işləməsi üçün səy göstərilir, lakin texniki nasazlıq və ya kənar xidmətin dayanması halları istisna edilmir.

Əlaqə

Şərtlərlə bağlı suallar üçün: info@coeanalytics.store

Şirkət rekvizitləri

Tam ad
—
VÖEN
—
Ünvan
—
Telefon
—
E-poçt
info@coeanalytics.store